2018-ci ildə Şimali Osetiya Dövlət Universitetində (ŞODU) “Xarici regionşünaslıq” proqramının icrasına başlanacaq. Universitetin tarix fakültəsinin dekanı Zalina Pliyeva TASS agentliyinə müsahibəsində bildirib ki, tələbələr bu proqram çərçivəsində Azərbaycanı və Gürcüstanı öyrənəcəklər.
Z.Pliyevanın sözlərinə görə, “Xarici regionşünaslıq” proqramında iki prioritet istiqamət nəzərdə tutulur – Gürcüstanın və Azərbaycanın öyrənilməsi. Bu halda gürcü və Azərbaycan dillərinin öyrənilməsi zəruridir. O deyib: “Şimali Osetiya sərhəd bölgəsidir. Ölkəmiz müasir Gürcüstanla bu və ya digər şəkildə münasibət qurur, Azərbaycan ilə də qarşılıqlı əlaqələrimiz var”.
ŞODU “Xarici regionşünaslıq” proqramı çərçivəsində Bakı Dövlət Universiteti ilə qarşılıqlı fəaliyyət göstərəcək.
Növbəti tədris ilindən etibarən bu ali məktəbdə türk dilinin öyrənilməsinə və Türkiyə üzrə şərqşünas mütəxəssislər hazırlanmasına başlamaq da nəzərdə tutulur.
Hər üç istiqamət üzrə bakalavriat və magistratura proqramlarının reallaşdırılması planlaşdırırlır.
Tehsil-press.az