Gürcüstanın bir hissəsi Rusiyaya birləşdirilir

Gürcüstanın bir hissəsi Rusiyaya birləşdirilir Gürcüstandan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan Cənubi Osetiya Rusiya Federasiyasına birləşmək barədə 2017-ci ilə planlaşdırılan prezident seçkilərindən sonra referendum keçirməyi nəzərdə tutur.

Tehsil-press.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə qondarma respublikanın parlament sədri Anatoli Biblov bildirib.
“Cənubi Osetiya xalqının Rusiyanın tərkibinə daxil olmaq arzusu sirr deyil. Respublikanın prezidenti ilə razılıq əldə olunub və anlayırıq ki, referendum 2017-ci il seçkilərindən sonra baş tutmalıdır”, - Bibilov deyib. O əlavə edib ki, şübhəsiz, bu məsələdə Rusiya ilə məsləhətləşmələr aparılacaq, belə ki, “məsələ bilavasitə Rusiyaya da aiddir”. Spiker bildirib ki, Rusiya qanunları bunu etməyə imkan verir, lakin hər şey həm də beynəlxalq vəziyyətdən asılıdır.

Tehsil-press.az

Oxşar xəbərlər