“Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə uğurla həyata keçirildi

“Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə uğurla həyata keçirildi “Sosial İnkişafda Yeni Mərhələ” ictimai birliyi oktyabr ayında Balakən, Zaqatala və Qax rayonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə çərçivəsində təlimlər keçirmişdir.
Təlimdə layihənin rəhbəri Seymur Əzəmmədov layihənin necə yaranması, məzmunu, əhəmiyyəti, əhatə dairəsi haqqında təlim iştirakçılarına ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, son illər respublikamızda avtomobil parkının inkişafı nəticəsində yollarda və küçələrdə hərəkətin intensivliyinin artması avtomobil nəqliyyatının təhlükəsiz hərəkətinin təmin edilməsi mühüm dövlət problemi kimi ön plana çəkilməsini tələb edir.
İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada  avtomobil nəqliyyatından istifadə edilməsin. Əhalinin şəxsi istifadə üçün lazım olan minik avtomobillərinə ehtiyacı daim artır. Belə bir şəraitdə təhlükəsizliyi təmin etmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təkcə sürücülərin deyil, bütün yol hərəkəti iştirakçılarının «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun (3 iyul 1998-ci il tarixdə qəbul edilmişdir) bilmələri və riayət etmələri tələb olunur. Çox zaman yalnız sürücülərin təqsiri üzündən deyil, həmçinin piyadaların, xüsusilə uşaqların yol hərəkəti qaydalarını bilməmələri, yaxud onlara əməl etməmələri səbəbindən bədbəxt hadisələr baş verir.
Uşaqların qəzalar nəticəsində bədən xəsarəti almaları barədə xəbərdar olunması yalnız ailənin deyil, məktəblərin, digər təşkilatların və  bütün ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Bədbəxt hadisənin nə olduğunu bilməyən uşaq diqqətsizliyinin nə ilə nəticələnəcəyini təsəvvür edə bilmir. O, elə zənn edir ki, çox cəld hərəkət edə bilər, hətta son anda belə hərəkət edən nəqliyyatın qabağından qaçıb keçə bilər. Yaxud da, ona elə gəlir ki, sürücü  nəqliyyatı istədiyi anda dayandıra və yandan sürə bilər.
Hadisələrin təhlili göstərir ki, uşaqların və yeniyetmələrin küçədə nəqliyyatdan xəsarət almaları onların davranışından asılıdır.  Odur ki, məktəblərdə və məktəbdənkənar pedoqoji tədbirlərin müntəzəm həyata keçirilməsi uşaqların və yeniyetmələrin küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər. İntizamlı piyada olmaq üçün uşaqlarda və yeniyetmələrdə ən əvvəl təhlükə haqqında təsəvvür yaradılmalıdır. Bu sahədə təsəvvürü olmayan  uşaq küçədə istədiyi kimi hərəkət edir. Uşağa  küçələrdə nəqliyyatla əlaqədar baş vermiş hadisələrdən danışdıqda o qorxur, buna oxşar hadisənin baş verməməsi üçün intizamlı olmağa çalışır. Bunu, istər valideynlər, istərsə  də tərbiyəçilər, müəllimlər və hamı yaxşı bilməlidir.
Odur ki, bizim məktəblərdə uşaqların yol hərəkəti qaydalarını öyrənmələrinə, onların küçədə intizamlı olmalarına ciddi əhəmiyyət verilməli, yol hərəkəti qaydalarına dair məşğələlər  keçirilməlidir. Həmin məşğələlərin  dərsdənkənar vaxtlarda yuxarı sinif  şagirdləri ilə keçirilməsi daha məqsədəuyğundur. Bununla  əlaqədar şagirdlərə yol hərəkəti qaydalarında olan əsas terminlər və  anlayışlar izah olunmalıdır. Eyni zamanda hərəkəti nizamlayan texniki vasitələrin tətbiqi, yol nişanları, yol hərəkəti iştirakçılarının qarşılıqlı əlaqələri və intizamı, yol ayrıclarının keçilməsi qaydaları, düzülüş, ötüb keçmə, dayanma, gözləmə qaydalarının da şagirdlərə öyrədilməsi vacibdir.
Təlimlərdə Balakən, Zaqatala və Qax rayonundan olan fəal gənclər, şagirdlər iştirak etmişlər. Layihənin məqsəd və perspektivləri, vəzifələri haqqında iştirakçılara geniş məlumat verilmişdir.
Təlimdə iştirakçılara layihə çərçivəsində nəşr edilmiş bukletlər, üzərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Sosial İnkişafda Yeni Mərhələ” İctimai Birliyinin loqoları əks olunmuş papaq və maykalar paylanılıb, həmçinin layihə çərçivəsində fəal iştirak edən şagirdlərə “Fəxri Diplom”lar verilmişdir. Sonda iştirakçılar ilə birgə xatirə şəkli çəkilib.

“Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə uğurla həyata keçirildi“Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə uğurla həyata keçirildi“Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə uğurla həyata keçirildi“Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə uğurla həyata keçirildi“Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə uğurla həyata keçirildi“Yol hərəkəti qaydalarına riayət edək!” adlı layihə uğurla həyata keçirildi


Oxşar xəbərlər