Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi

Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi Nizami rayonu V.Sadıqov adına 214 №-li məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi, Nizami rayon İcra Hakimiyyəti və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi mövzusunda tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Nizami rayon İcra Hakimiyyətinin və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak etdi. Tədbirdə həmçinin Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının və digər icra qurumlarının nümayəndələri iştirak etdi.
Qonaqları salamlayan V.Sadıqov adına 214 №-li məktəbin direktoru Fəridə Rəcəbova qeyd etdi ki, yol təhlükəsizliyi gündəmdə olan vacib məsələlərdən biridir. Məktəbə yaxın ərazilərdə yol təhlükəsizliyinin təmin olunması məsələlərində müəllim və valideynlərin rolu əvəzsizdir. Məktəblərdə isə yol təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi bu sahədə yeni imkanlar yaradır.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov yol təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyətlər barədə danışdı və qeyd etdi ki, bu fəaliyyətin əsas hissəsi son 10 il ərzində təhsil müəssisələrində təşkil olunan təbliğat işi ilə əlaqədardır. V.Əsədov qeyd etdi ki, hər bir vətəndaş yol hərəkətinin iştirakçısıdır və bu səbəbdən yol hərəkəti qaydalarına əməl etməlidir. Bu qaydalara əməl edənlər bununla da müvafiq icra qurumları tərəfindən yollarda təhükəsizliyin təmin olunması ilə əlaqədar keçirdiyi tədbirlərə dəstək etmiş olurlar ki, hamı bunda xüsusilə maraqlı olmalıdır.
Nizami rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov məktəb ətrafı ərazilərdə pik saatlarında yaşanan nəqliyyat vasitələrinin intensivliyi, onların yaratdığı tıxaclar barədə danışdı və qeyd etdi ki, bəzi məktəblərin ətrafında müvafiq yol nişanlarının olmaması bir sıra problemlərin yaranmasına, təhlükələrin yaşanmasına səbəb olur. Piyada keçidlərin inşa edilməsi, piyada zolaqlarının çəkilməsi, yol nişanlarının qoyulması həmin təhlükələri bir qədər də azaltmağa səbəb olacaq tədbirlərdəndir.
46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova məktəb uşaqlarının iştirakı ilə baş verən qayda pozuntularına nəzər saldı və vurğuladı ki, yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə “qaydaları öyrən və öyrət” formatında keçirilən tədbirlər uşaqlar tərəfindən yol qaydalarının dərindən öyrənilməsinə xidmət edir.
Suraxanı rayonu ərazisində yol təhlükəsizliyinin təmin olunmasında aktiv olan ictimai fəal Xalid Musayev (“Canlı svetofor”) rayon ərazisində keçirdiyi təbliğat xarakterli fəaliyyətlər barədə danışdı və qeyd etdi ki, ictimaiyyətin hər bir üzvü bu işlərdə fəal olmalıdır. Məhz bu fəaliyyətin nəticəsidir ki, Suraxanı rayon ərazisində 200-ə yaxın yol nişanı quraşdırılmışdır.
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov layihə ideyasının yaranması, məqsəd və vəzifələri barədə danışdı və bildirdi ki, hər bir vətəndaş özündə yol mədəniyyətinin formalaşmasına səbəb olacaq biliyini artırmaqda maraqlı olmalıdır. Çünki onların bu yolla qazandıqları bilik və bacarıq həm özlərini, həm də yaxınlarını yollardakı təhlükələrdən qoruya bilər. Buna isə yalnız maarifləndirmə yolu ilə nail olmaq mümkündür ki, yol təhlükəsizliyi pasportu həmin vacib maarifləndirmə alətlərindəndir. Hər bir təhsil müəssisəsi bu alətin tətbiqində maraqlı olmalıdır, çünki onun vasitəsilə məktəb ətrafı yollarda təhlükəsizliyin təmin olunması daha effektiv keçirilə bilər.


Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi
Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi
Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi
Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi
Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi
Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi
Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi
Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi
Nizami rayonunda yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi

Oxşar xəbərlər