Yasamal rayonu M.Müşfiq adına 18 №-li məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsi, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə yol təhlükəsizliyi pasportunun tətbiqi ilə bağlı növbəti tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində keçirildi və burada Yasamal rayonunun ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri, həmçinin 18 №-li məktəbin müəllim-şagird kollektivi iştirak etdi.
Giriş sözü ilə çıxış edən M.Müşfiq adına 18 №-li məktəbin direktoru Rəna Süleymanova qeyd etdi ki, mövzunun aktuallığı hazırkı tədbirin keçirilməsini şərtləndirir və zəruri edir. Yasamal rayonun da bir sıra məktəblər var ki, onlar təhlükəli ərazilərdə yerləşir və həmin məktəblərin şagirdləri daima təhlükə altındadır. Odur ki, bu kimi tədbirlər həmin təhlükələrin aradan qaldırılmasına xidmət edir və bu səbəbdən də hər bir iştirakçı üçün çox maraqlı və əhəmiyyətlidir.
46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova çıxış edərkən bildirdi ki, hər bir vətəndaş yol hərəkətinin iştirakçısıdır və onların yol hərəkəti qaydalarına uyğun davranmaları yol təhlükəsizliyinin təmin edilməsinə xidmət edən vacib hərəkətdir. Bu olmadan hərəkətin təhlükəsizliyini təmin etmək olduqca çətindir. Yol hərəkəti qaydalarına uyğun davranma isə vərdiş halını almalı və həmin vərdişlər uşaqlarda erkən yaşlarında formalaşdırılmalıdır.
Tədbirdə iştirak edən digər bir ictimai fəal Xalid Musayev Suraxanı rayonunda “canlı svetofor” kimi yerinə yetirdiyi missiya barədə danışdı və uşaqların yollardan təhlükəsiz şəkildə keçirilməsinə xidmət edən fəaliyyət növlərindən danışdı. X.Musayev qeyd etdi ki, sürətli yollar və nəqliyyat vasitələrinin çox olduğu bir şəraitdə hər bir valideyn maksimum diqqətli olmalı və onların uşaqlarının yollarda təhlükəsiz hərəkət etmələri üçün bütün zəruri tədbirlər görməlidirlər.
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov qeyd etdi ki, Yasamal rayonun təhsil müəssisələri üçün keçirilən hazırkı məlumat sessiyası layihə çərçivəsində təşkil olunan sonuncu tədbirdir. Digər məlumat sessiyaları kimi, bu tədbir də məktəb ətrafı yollarda şagird və müəllimlərin təhlükəsiz hərəkət etmələri üçün şəraitin yaradılması üçün tətbiq ediləcək alətin nə dərəcədə əhəmiyyətli olması barədə müəyyən təsəvvürlər yaratdı. Amma “alət” adlandırılan yol təhlükəsizliyi pasportunun tətbiq edilməsi məktəblərin bu istiqamətdə irəli sürdükləri təşəbbüslər nəticəsinə mümkün ola bilər ki, bu da həmin məktəblərin icması üzvlərini yollarla hərəkət edərkən maksimum sığortalayar. Bununla yanaşı məktəb icmaları da yol təhlükəsizliyinin effektiv şəkildə təmin olunması istiqamətində fəal olmalı və zəruri təkliflərlə müvafiq qurumlar qarşısında vəsatətlə çıxış etməlidirlər. Həmin təhlükəsizlik tədbirləri ilə yanaşı məktəb rəhbərliyi həm də maarifləndirmə işlərinə diqqəti artırmalı və bunun üçün müxtəlif tədris üsullarına müraciət etməlidir. “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə” adlı sənəddə öz əksini tapmış bir sıra təkliflər bu məsələdə müsbət nəticələrin əldə olunması üçün geniş imkanlar yaradır.
60 №-li məktəbin direktor müavini Qibləliyeva Aytən, 21 №-li məktəbin nümayəndəsi Yusubova Zöhrə, 308 №-li məktəbin direktor müavini Əliyeva Ziyafət və digər çıxışçılar təmsil etdikləri məktəblərə yaxın ərazilərdə yol hərəkəti qaydaları barədə mövcud vəziyyət barədə danışdılar və yaranmış vəziyyətdə keçirilməsi vacib hesab olunan tədbirlərin keçirilməsi ilə əlaqədar konkret təkliflərlə çıxış etdilər.