Noyabr ayının 24-də “Sputnik – Azərbaycan” Multimedia Mətbuat Mərkəzində “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihənin əlaqələndiricisi Azər Allahverənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Bakı şəhərində fəaliyyət göstərən hədəf məktəblərinin yol təhlükəsizliyi pasportunun sxematik versiyasının yaradılması vasitəsilə məktəb icmasının (o cümlədən, məktəblilərin, müəllimlərin və valideynlərin) məktəbətrafı yollarda davranış qaydalarının təkmilləşdirilməsi və bununla da həmin ərazilərdə yol hərəkəti qaydalarının yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar idi. Bildirilib ki, Bakı şəhərinin 10 rayonu (o cümlədən, Binəqədi, Xətai, Xəzər, Sabunçu, Səbail, Suraxanı, Nərimanov, Nəsimi, Nizami və Yasamal) ərazisində fəaliyyət göstərən orta təhsil məktəbləri arasında 10 hədəf məktəbi seçilib, təhlükəsiz yollar mühitinin yaradılması məqsədilə həmin məktəblər ətrafında monitorinqlər aparılıb və bu məktəblərin yol təhlükəsizliyi pasportunun sxematik versiyası yaradılıb. A.Allahverənov qeyd etdi ki, layihə çərçivəsində Bakı şəhərinin digər məktəblərində bu kimi sxematik versiyaların və bütövlükdə, yol təhlükəsizliyi pasportunun yaradılmasının nəzəri-praktiki əsasları işlənib və nəticədə “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə” adlı broşür tərtib edilib. Bütövlükdə, hədəf rayonları üzrə müəyyən edilmiş pilot məktəblərdə 10 məlumatlandırma sessiyası keçirilib. Layihənin bu komponentindən məktəb icmasına daxil olan 4767 (onlardan birbaşa 767, dolayısı isə 4000) nəfər faydalanıb. Məktəblərdə məlumatlandırma sessiyaları Bakı şəhəri üzrə Təhsil İdarəsi, o cümlədən 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi, həmçinin layihənin hədəf rayonlarının, xüsusilə də Xətai, Nizami, Binəqədi, Səbail, Nəsimi və Nərimanov rayonlarının icra hakimiyyəti orqanları və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə sıx şəkildə əlaqələndirilərək təşkil edilib.
Qeyd olunub ki, layihə icra olunan zaman toplanan rəylərin təhlili bir daha göstərdi ki, təhsil müəssisələri ətrafında yol təhlükəsizliyinin təmin edilməsi kifayət qədər aktual məsələdir, bu sahədə müsbət nəticələrin əldə olunması müvafiq icra qurumlarının müdaxiləsi və fəal iştirakı nəticəsində mümkün ola bilər. Yol hərəkəti qaydalarına uyğun davranışın formalaşması və yol mədəniyyətinin yüksəldilməsi geniş təbliğat və təşviqat işinin təşkil edilməsi və təhsil müəssisələri üçün yol təhlükəsizliyi pasportunun yaradılması həmin sahədə müsbət nəticələrin əldə olunmasına xidmət edir. Məhz bu səbəbdən “Həyat” Humanitar Dəstək İctimai Birliyi ilkin mərhələdə Bakı şəhərində, növbəti mərhələdə isə Azərbaycanın digər böyük şəhərlərində fəaliyyət göstərən orta təhsil müəssisələri üçün yol təhlükəsizliyi pasportunun yaradılması proqramı üzərində işləyir və qısa müddət ərzində müvafiq icra qurumları, xüsusilə də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi və bu istiqamətdə icra olunacaq fəaliyyətlərdə maraqlı olan digər dövlət orqanları qarşısında yeni təkliflərlə çıxış etməyi planlaşdırır.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin miqyasının artdığını bildirib və respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin azalmasını bu sahədə həyata keçirilən təbliğat işlərinin sayəsində baş verdiyini qeyd edib. V.Əsədov vurğulayıb ki, yol təhlükəsizliyi pasportunun yaradılması ilə bağlı tərtib olunan metodik tövsiyə yol təhlükəsizliyi təmin olunması sahəsində yenilikdir və bu alətin tətbiqi olduqca vacib əhəmiyyət kəsb edir və bu kimi təşəbbüslər dəstəklənməli və onların təsir dairəsi genişləndirilməlidir.
Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı polis mayoru Kəmalə Ələkbərova təmsil etdiyi qurumun yeniyetmə və gənclərlə apardığı işlərdən danışıb. K.Ələkbərova bildirib ki, sürücülük mədəniyyəti ilə yanaşı həm də piyada mədəniyyətinin yüksəldilməsi istiqamətində çalışmaq lazımdır. Bu davranışlar isə məktəb yaşlarından formalaşdırılmalı və inkişaf etdirilməlidir.
Mətbuat konfransında iştirak edən 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin müdiri Mehriban Muğalova, şöbə müdiri Fəridə Süleymanova və digər qonaqlar yol təhlükəsizliyi mövzusunda orta təhsil müəssisələrində təşkil olunan fəaliyyətlər barədə məlumat veriblər.