Türkiyədə Qars Qafqaz Universitetində təşkil olunan tarix simpoziumunda azərbaycanlı tarixçi rus həmkarlarına qarşı sərt çıxış edib.
Tehsil-press.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan, Rusiya və Türkiyə tarixçilərinin çıxışından sonra Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov rus nümayəndələrə səslənib.
O, Sovet iqtidarının, son 300 ildə Rusiyanın yeritdiyi siyasəti pisləyərək bütün xalqlar üçün faciəyə səbəb olduğunu deyib: “Ən çox zərər görən Azərbaycan xalqıdır. Mənim torpağım ikiyə bölündü. Mənim torpağıma, millətimə düşmən kəsiləni Rusiya köçürdü. Erməniləri siz köçürtmüsünüz. Burada onların əlinə silahı siz vermisiniz. Bu, sizin sənədlərinizdə də var. II Dünya Müharibəsində ermənilər almanların tərəfinə keçdilər. İrəvanda heykəl quranda Rusiya susdu, Putin susdu. Soruşuram, niyə susursunuz? Sizdə ermənilərə qarşı bu məhəbbət hardandır?
Qarabağa gəlincə, Azərbaycan xalqına qarşı təcavüz edildiyi halda Putin susur. Soruşuram, xeyir ola?”.
Daha sonra çıxışını rus dilində davam edən Bəhramova rus tarixçi Yuri Zakunov cavab verib. O, Sovet inqilabından hər kəsin zərər gördüyünü, Rusiyanın özünün də çox böyük bir sınağın qurbanı olduğunu söyləyib.
Tehsil-press.az