Dağıstan Dövlət Universitetində “Rusiyanın etnik müxtəlifliyi və birliyi: fəlsəfə və praktika” mövzusunda Ümumrusiya elmi konfransı keçirilib.
Konfrans Dağıstan Respublikasının Milli Siyasət Nazirliyi, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu və Rusiya Fəlsəfə Cəmiyyətinin Dağıstan bölməsi tərəfindən təşkil edilib. Rusiyanın müxtəlif subyektlərini təmsil edən alimlər, ictimai və dövlət xadimləri “dəyirmi masa” arxasında yüzdən çox məruzə və çıxış dinləyiblər.
Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı, fəlsəfə elmləri doktoru Ramazan Abdulatipov tədbir iştirakçılarına təbrik sözü ilə müraciət edib.
Elmi forumun işinə Rusiyanın 26 regionunu və digər MDB ölkələrini təmsil edən görkəmli alimlər, ictimai və dövlət xadimləri, ictimai təşkilatların nümayəndələri qatılıblar. Konfransda Azərbaycanı fəlsəfə elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin müavini Ariz Gözəlov təmsil edib.
Azərbaycanlı alim “Qloballaşan cəmiyyətdə millətçilik və dini-etnik identiklik problemləri” mövzusunda məruzə ilə çıxış edib. O, həmçinin multikulturalizm haqqında müzakirəyə qatılıb, multikulturalizmin Azərbaycan modelindən danışıb.
Təhsil-press.az