Növbəti TOEFL IBT imtahanı noyabrın 25-də təşkil olunacaq

Növbəti TOEFL IBT imtahanı noyabrın 25-də təşkil olunacaq Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 25-də növbəti TOEFL IBT imtahanını təşkil edəcək.
İmtahan mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanındakı inzibati binasında keçiriləcək.
Qeyd edək ki, oxu, dinləmə, danışma, yazı bölmələri üzrə təşkil olunan TOEFL IBT imtahanı ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. Bu imtahan vasitəsilə oxumaq, yazmaq, dinləmək və danışmaq üzrə bacarıqları tətbiqetmə dərəcəsi müəyyənləşdirilir. Online formada keçirilən imtahan ingilisdilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır. İmtahanın nəticələri 130-dan çox ölkənin doqquz mindən artıq kolleci, universiteti və institutu tərəfindən qəbul edilir.
İl ərzində TOEFL IBT üzrə keçirilən imtahan günlərinin sayı ingilis dili üzrə bacarıqları yoxlayan digər imtahanlarla müqayisədə daha çoxdur. İmtahanlararası 12 gün fasilə vermək şərtilə istənilən qədər imtahanda iştirak etmək mümkündür.
Maraqlananlar TOEFL imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/exam/toefl/ linkinə daxil ola bilərlər.
DİM tərəfindən keçirilən TOEFL imtahanına qeydiyyat, imtahanın keçirilməsi qaydaları və nəticələrin öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün [email protected] elektron ünvanına müraciət etmək olar.

DİM-nin Mətbuat xidməti



Oxşar xəbərlər