Fransa-Azərbaycan Universitetinə (UFAZ) 2017/2018 təhsil ili üçün tələbə qəbulu qaydaları açıqlanıb.
Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı bildirib. Rektor qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən I ixtisas qrupu üzrə qəbul imtahanında 500 və daha çox bal toplayan abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər. Qəbul imtahanı fizika, kimya, riyaziyyat, ümumi bilik bloku üzrə test, ingilis dili üzrə inşa və çalışma formatında keçiriləcək.
M.Babanlı bildirib ki, universitetə qeydiyyat müsabiqənin nəticələrinə əsasən UFAZ-da yaradılan komissiya tərəfindən aparılacaq: "Onlayn qeydiyyat iyunun 12-dən iyulun 17-ə qədər aparılacaq, ikinci imtahanda iştirak edənlər üçün qeydiyyat 24-25 iyulda saat 23.00-dək aparılacaq. İmtahan isə iyulun 27-də keçiriləcək".
Rektor əlavə edib ki, növbəti tədris ili üçün 160 plan yeri nəzərdə tutulub.
Onun sözlərinə görə, əgər boş plan yeri qalarsa, tələbələrin ödənişli əsaslarla oxumasına şərait yarada bilərlər.

ADNSU-nun Mətbuat Xidməti