ABŞ səfiri Bakı-Tbilisi-Qars barədə danışdı: Mühüm addımdır

ABŞ səfiri Bakı-Tbilisi-Qars barədə danışdı: Mühüm addımdır Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır.
Tehsil-press.az-n məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, BTQ dəmir yolu İpək Yolu üçün böyük əhəmiyyətə malikdir:
“Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır”.
Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər