Caviq Qurbanov: BTQ ilə Qazaxıstan və Çindən yükdaşımalar 500 min konteynerədək artacaq

Caviq Qurbanov: BTQ ilə Qazaxıstan və Çindən yükdaşımalar 500 min konteynerədək artacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində Qarsda logistika mərkəzinin yaradılması haqqında saziş imzalanıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Qars vilayətində tikinti işlərinin gedişi ilə tanış olarkən deyib.
O qeyd edib ki, sahibkarlar hər il BTQ vasitəsilə imtiyazla iki milyon ton yük göndərə biləcəklər: "Gələcəkdə isə bu marşrut üzrə yükdaşıma artırılacaq".
C.Qurbanov ümid etdiyini bildirib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstan və Çindən yükdaşımalar 500 min konteynerədək artacaq.

Təhsil-press.az

Oxşar xəbərlər