Türkiyə və Azərbaycan bütün sahələrdə münasibətləri möhkəmləndirəcək.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Türkiyə ilə Azərbaycanın Avropa və Asiyanın birləşdirilməsi məsələsində mövqeyini möhkəmləndirib: “Bu gün ölkələrimiz təkcə qitələri birləşdirmir, həm də vacib enerji layihələrini uğurla həyata keçirir”.
R.T.Ərdoğan vurğulayıb ki, iki ölkə arasında vacib layihələrin reallaşdırılması bəzi dairələri narahat edir: “Hətta BTQ-nin tikintisi başlayanda da bu layihəyə şübhə ilə yanaşanlar olmuşdu. Amma bildiyimiz kimi, dünən bu dəmir yolunun rəsmi açılışı baş tutdu”.
Türkiyə prezidenti həmçinin qeyd edib ki, hər iki ölkə iqtisadi münasibətləri də möhkəmləndirir: “Ümid edirəm ki, yaxın zamanlarda Türkiyə və Azərbaycan beş milyard dollar həcmində ticarət dövriyyəsinə nail olacaqlar”.
O, ölkələr arasında müdafiə sahəsində də münasibətlərin inkişaf etdiyini deyib.
Daha sonra Terkiyə prezidenti vurğulayıb: “Biz həmçinin Azərbaycanla turizm sahəsində də münasibətləri inkişaf etdirmək niyyətindəyik”.
Tehsil-press.az