
Rusiya Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov təhsil naziri Sergey Kravtsova məktub göndərərək müəllimlərə dövlət dəstəyi proqramının yaradılmasını təklif edib.
Məktubda müəllimlərə yaşayış üçün xidməti mənzillə təmin olunması təklif olunur. Hansı ki, pedaqoqlar 10-15 il məktəbdə dərs dedikdən sonra onu özəlləşdirmək imkanı əldə edəcəklər.
Deputat qeyd edib ki, şəxsi əmlakı olmayan, ali pedaqoji təhsili olan, təhsil müəssisəsində tam ştatlı işləyən müəllimlər belə mənzil almaq hüququna malik olacaqlar.
Nilov həmçinin 25 ildən artıq təcrübəsi olan təcrübəli müəllimlərin də belə evlərlə təmin olunması variantının nəzərdən keçirilməsini təklif edib.
Tehsil-press.az