Roma papasına lüks avtomobil hədiyyə etdilər

Roma papasına lüks avtomobil hədiyyə etdilər İtaliyanın “Lamborghini” lüks avtomobil şirkəti Roma papası I Fransiskə “Huracan” modelli idman avtomobili hədiyyə edib.
Ağ rəngli avtomobili qəbul edən papa onun üzərində imzasını da atıb.
Qeyd olunur ki, bu avtomobil bir müddət sonra hərracda satışa çıxarılacaq.
Məlumata görə, satışdan əldə edilən gəlir xeyriyyə məqsədlərinə yönəldiləcək.

Tehsil-press.az


Oxşar xəbərlər