Noyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Qarakənd faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Ermənilər tərəfindən Azərbaycan və türk xalqlarına qarşı törədilmiş terror aktları - XIX-XX əsr” mövzusunda tədbir keçirilib.
Tədbirdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov tarixboyu türk xalqlarına qarşı törədilən terror aktlarından danışıb, ermənilərin bütün dünya dövlətlərinin gözü qarşısında işğalçılıq siyasəti yürütdüyünü deyib. R.Novruzov müasir texnologiya əsrində gənclərin informasiya müharibəsi aparmaq imkanlarının geniş olduğunu vurğulayıb, gənc nəsli öz tarixini unutmamağa, onu təbliğ etməyə səsləyib.
BSU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Sadir Məmmədov “Erməni terroru - tarixin qanlı səhifələri” mövzusunda məruzəsində 1991-ci il noyabrın 20-də baş verən Qarakənd faciəsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlər təkcə 20 Yanvar, Xocalı soyqırımı, Sumqayıt hadisələri ilə məhdudlaşmır.
Sonra “Erməni təcavüzkarlığı”, “Aprel döyüşləri”, “Erməni soyqırımı” və “Xocalı soyqırımı” mövzularında məruzələr dinlənilib, Qarakənd faciəsi ilə bağlı videogörüntülər nümayiş olunub.
BSU-nun Mətbuat Xidməti