Bakı Dövlət Universitetində “Aşıq Şəmşir” Mədəniyyət İctimai Birliyinin və BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin birgə təşkilatçılığı iləKəlbəcər rayonunun erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi və Ağdaban faciəsi ilə bağlı tədbir keçirilib.
Tədbiri açan rektor, akademik Abel Məhərrəmov deyib ki, Kəlbəcərin işğalından bir il əvvəl ermənilər tərəfindən törədilmiş Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindəndir. Rektor 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban kəndində baş verən qanlı faciədən, Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni işğalçılarının burada xalqımıza qarşı törətdiyi dəhşətli soyqırımdan bəhs edib. Qeyd edib ki, soyqırım zamanı kəndin 40-a yaxın sakini amansızcasına qətlə yetirilib, 800 nəfər işgəncələrə məruz qalıb, xeyli insan girov götürülüb, itkin düşüb.
Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərəkDağlıq Qarabağ münaqişəsində ermənilərin törətdikləri vəhşiliklərdən və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs edib.
Tədbridə çıxış edən Ağdaban sakini, “Aşıq Şəmşir” Mədəniyyət İctimai birliyinin sədri Qənbər Qurbanov faciənin canlı şahidi kimi dəhşətli faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ağdaban cinayətləri törədilən zaman Azərbaycan söz sənətinin ustalarından Ağdabanlı Şair Qurbanın və Dədə Şəmşirin nadir əlyazmalarının da yandırıldığını bildirib.
Sonda bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramovun ifasında şeirlər səsləndirilib, tələbələrin ifasında Ağdaban faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
tehsil-press.az