Nazirlik: Ərəbistan səhralarında artan küləklər Azərbaycana toz-dumanın daxil olması hallarını çoxaldıb

Nazirlik: Ərəbistan səhralarında artan küləklər Azərbaycana toz-dumanın daxil olması hallarını çoxaldıb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə gələn toz-duman Bakıya zəif də olsa, gəlib çatıb.
Bunu Tehsil-press.az Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
Onun sözlərinə görə, bu dəfəki toz-duman prosesi əvvəlki proseslərlə müqayisədə çox zəifdir.
M.Avazova qeyd edib ki, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.
Nazirlik rəsmisi qeyd edib ki, əvvəllər toz-dumanın ölkə ərazisinə daxil olması 5-10 il ərzində 1 dəfə təkrarlanırdısa, artıq il ərzində 2-3 dəfə, bəzən isə 4 dəfə təkrarlanır.
M.Avazova bu artımın səbəbini iqlim dəyişmələri ilə izah edib: "İqlim dəyişmələri ilə əlaqədar səhralarda küləklərin, fırtınaların sayı da artıb. Buna görə də toz-dumanlar da səhra fırtınaları zamanı atmosfer qatına qalxırlar və hava axınları ilə digər ölkələrin ərazilərinə daxil olurlar".

Tehsil-press.az

Oxşar xəbərlər