Fizika-riyaziyyat elmləri namizədi, dosent Sərdar Qasımov və dosent Qasım Qasımovun həmmüəllifi olduqları “Ədədi üsullar-2: fərq sxemlərinin qurulması və fərq tənliklərinin həll üsulları” dərs vəsaiti çapdan çıxıb.
Dərs vəsaitində əsas diqqət fərq sxemlərinin qurulması və onların xassələrinin (aproksimasiya xətası, dayanıqlılıq, yığılma və dəqiqlik), həmçinin şəbəkə aproksimasiyası zamanı alınan fərq tənliklərinin həlli üçün hesablama alqoritmlərinin tədqiqinə yönəlib. Fərq sxemlərinin konstruktiv prinsipləri – bircinslilik, konservativlik, məcmu aproksimasiya və s. haqqında ətraflı məlumat verilir.
Eyni zamanda, dərs vəsaitində xətti, kvazixətti və ikiölçülü köçürmə tənlikləri üçün aşkar və qeyri-aşkar fərq sxemlərinin qurulması alqoritmləri verilir və onların dayanıqlılığı şərtləri də araşdırılır.
Kitab tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.
Hikmət Əliyev