Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Sosial Elmlər kafedrasının dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Şəfəq Abdullayevanın ilk dərs vəsaiti nəşr olunub. Universitetin Elmi Şurasının 08 iyun 2016-cı il tarixli iclasının qərarı ilə çap olunan “ABŞ-ın müasir iqtisadiyyatı və onun inkişaf perspektivləri” adlı dərs vəsaiti 286 səhifədən ibarət olmaqla, “ABŞ iqtisadiyyatının yaranma tarixi və onun inkişaf mərhələləri”, “ABŞ iqtisadiyyatının və infrastrukturunun prioritetləri”, “ABŞ-ın bank, maliyyə-kredit sistemi və onun əsas istiqamətləri”, “ABŞ-ın xarici ticarəti və xarici iqtisadi əlaqələri” fəsillərini özündə əks etdirir.
Tədris-metodik vəsait “İqtisadiyyat”, “Dünya iqtisadiyyatı”, “ABŞ-ın iqtisadiyyatı” və s. fənlərin tədrisində əyani, eyni zamanda dərs vəsaiti kimi istifadə oluna bilər. Kitab bakalavr, magistr pilləli tələbələr, doktorantlar, beynəlxalq iqtisadiyyat sferasında çalışanlar, ümumiyyətlə Amerika iqtisadiyyatı ilə maraqlananlar üçün faydalıdır.
Qeyd edək ki, bir sıra beynəlxalq konfransların iştirakçısı olan Şəfəq Abdullayeva xaricdə nəşr olunan onlarla elmi məqalələrin və dərs proqramının müəllifidir.

ADU-nun Mətbuat Xidəmti