“O gün efirə qoşulan bir dinləyici deyir ki, yollarda xətlərin, nişanların üstündən keçən zaman maşının təkərlərinin sürüşdüyünü hiss edir. Bu hal motosikletlə çox yüksək sürətdə gedəndə daha dəqiq hiss olunurmuş. Bunu indiyə qədər Azərbaycanda kim araşdırıb? Qəzalara səbəb keyfiyyətsiz ehtiyat hissəsi də ola bilər, usta səhlənkarlığı da, bax bu xətlər də”.
DJ Raqif Raufoğlu bu haqda sosial şəbəkədə yazdıqdan sonra məlum oldu ki, sözügedən nüansı hiss edən sürücülərin sayı heç də az deyil. Mövzuya münasibət bildirən onlarla sürücü bu halı dəfələrlə müşahidə etdiyini deyir.
Bəs Bakıda yollar rənglənən zaman hansı boyalardan istifadə olunur?
Tehsil-press.az məsələylə bağlı yol eksperti Ərşad Hüseynov və Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflidən münasibət öyrənib.
Ekspert bildirib ki, sürücülərin dediklərində haqq payı yüksəkdir:
“Bu, tək Azərbaycanın problemi deyil. Nişanlanma xətlərinin sürüşkənliyi motosikletlər üçün daha təhlükəlidir.
Qəza hallarının baş verməməsi üçün təhlükəsizliklə bağlı standartlar var. Maraqlısı budur ki, dünyanın hər yerində nişanlanma xətləri yolun asfalt örtüyü ilə eyni dərəcədə ilişmə əmsalına malik olmur. Bu, mümkün deyil. Boyada polimer materiallardan istifadə olunur. Həmin materialların da belə bir xüsusiyyəti var ki, istifadə olunduqca cilalanırlar. Yollarda təhlükəsizliklə bağlı daha bir tələb yol örtüyünün ilişməsinin ideal səviyyədə olmasıdır. Nişanlanma xətləri üçün də buna uyğun olaraq normativ götürülüb. Belə ki, nişanlanma xətlərinin ilişməsi asfaltdan 25% aşağı ola bilər. Bu, ideal rənglənmədir.
Bizdə bu faiz dərəcəsinin necə olması ilə bağlı dəqiq bir söz deyə bilmərəm. Bu işlərlə məşğul olan şəxslər səmimi şəkildə etiraf etməlidir ki, hansı boyalardan istifadə edir. Amma müşahidələr göstərir ki, yollarımızda fərqli nişanlanma xətləri çəkilir. Hətta eləsi var ki, çox qısa müddətə silinib gedir. Pozulmanın özü o deməkdir ki, ilişmə, boyanın keyfiyyəti pisdir. Ancaq bir neçə yolda diqqət etmişəm, keyfiyyətli boyadan istifadə olunub.
Sürücülərin diqqətinə 2 faktı çatdırmaq istəyirəm, birincisi, onlar çalışmalıdır ki, xətlərin üzəri ilə maksimum dərəcədə az hərəkət etsin. Onlar xətlərin arası ilə hərəkət etməlidir, üzəri ilə yox. İkincisi, sürücü elə etməlidir ki, piyada keçidlərindən əvvəl əyləcə bassın və avtomobil nişanlanma xəttinə kimi dayanmış olmalıdır”.
Anar Nəcəfli isə indiyə kimi bu barədə hər hansı bir şikayət eşitmədiklərini və yolların rənglənməsi zamanı xüsusi və beynəlxalq standartlara cavab verən boyalardan istifadə olunduğunu bildirib:
“Sırf avtomobil yolları üçün nəzərdə tutulmuş boyalardan istifadə edilir ki, onların da tərkibi normalara uyğundur. Hətta sürüşkənliyin daha da azaldılması üçün müəyyən maddələr qatılır. Yağışlı, qarlı havalarda sürüşkənliyin artması normaldır. Avtomobil yolları üçün nəzərdə tutulmuş müxtəlif boyalar var. Elə boyalar var ki, hər payız-qış mövsümündən sonra yenilənir. Termoplas adlanan boyalar var ki, onlarda uzunömürlülük çox olur. Burada ucuzluqdan-bahalıqdan söhbət belə gedə bilməz. Taxta, dəmir üçün yox, sırf avtomobil yolları üçün nəzərdə tutulmuş boyalardır”.
Tehsil-press.az