BMU tələbələri mühasibatlıq üzrə 1-ci olimpiadanın qalibi oldular

BMU tələbələri mühasibatlıq üzrə 1-ci olimpiadanın qalibi oldular 27 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Gənc Mühasiblər Birliyininin təşəbbüsü ilə Mühasibatlıq üzrə 1-ci Olimpiada keçirilmişdir. Bakı Mühəndislik Universitetinin tələbələri sözügedən olimpiadada yüksək nəticələr əldə ediblər. Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən hazırlanan Mühasibat Uçotu suallarına əsasən 60 tələbə arasında keçirlən olimipadada 1-ci və 2-ci yerə Bakı Mühəndislik Universitetinin tələbələri layiq görülüblər. Belə ki, olimpiadada ən yüksək nəticə göstərərək, 1-ci yerə BMU İqtisadiyyat və İdarəetmə fakültəsində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan tələbəmiz Simnar Paşazadə, 2 ci yerə isə eyni ixtisas üzrə təhsil alan digər tələbəmiz Fəqan Məmmədzadə layiq görülmüşdür. Onu da qeyd edək ki, nəticələrə görə ilk 10-da 7 BMU tələbəsi qərarlaşmışdır və qaliblərə diplom və qiymətli hədiyyələr təqdim edilmişdir. Digər iştirakçılara sertifikatlar və həvəsləndirici hədiyyələr təqdim olunmuşdur. Bu nəticə Bakı Mühəndislik Univesitetində dərslərin beynəlxalq kvalifikasiyalara uyğun tədris proqramı və sillabusları əsasında keçirilməsinin əyanı sübutudur.

BMU-nun Mətbuat Xidməti


BMU tələbələri mühasibatlıq üzrə 1-ci olimpiadanın qalibi oldular

BMU tələbələri mühasibatlıq üzrə 1-ci olimpiadanın qalibi oldular

BMU tələbələri mühasibatlıq üzrə 1-ci olimpiadanın qalibi oldular


Oxşar xəbərlər