Akula amerikalı turisti parçaladı

Akula amerikalı turisti parçaladı Sakit okeandakı Kokos adasının sahilində akula turistlərə hücum edib.
Bu barədə “Sky News” məlumat yayıb.
Məlumata əsasən, akula təlimatçı ilə birlikdə adanın yaxınlığında dayvinqlə məşğul olan turist qrupuna hücum edib. Akulanın hücumuna məruz qalan turisti sudan çıxartmaq mümkün olub. Qadına ilk yardım göstərilib, lakin o, aldığı xəsarətdən dünyasını dəyişib.
Təlimçi də hücumu nəticəsində xəsarət alıb. Həkimlər onun vəziyyətinin stabil ağır kimi qiymətləndirirlər.
Qeyd edək ki, 5 metrə qədər uzunluğu olan pələng-akulalarının çəkisi 800 kq-a çatır. Onlar insan üçün çox təhlükəli dəniz yırtıcısı hesab olunur.

Tehsil-press.az


Oxşar xəbərlər