28 noyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ölkəmizdəki ali təhsil məktəblərinin kursant və tələbələrinin iştirakı ilə “Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov iştirakçıları salamlayaraq qeyd edib ki, son illər Akademiyada elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və yayılması, elm-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiq edilməsi, innovasiya və ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi konfransların keçirilməsi, elmi məqalələrin çapı, təcrübə zamanı qazanılmış elmi bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində uğurlar əldə edilməsində təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək qiymətləndirmişdir. “Gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlətimiz tərəfindən mühüm addımlar atılır” deyən general-mayor Pənah Süleymanov çıxışında ölkəmizdə təhsilin və elmin inkişafına hər cür şərait yaradıldığını, bu sahəyə dövlət başçısı İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıb.
Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Konfransda Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi-tədqiqat şöbəsinin müdiri dos. S.T. Əhmədova və Elektroavtomatika kafedrasının müdiri dos. E.F Sultanovun rəhbərliyi ilə elektrik mühəndisliyi ixtisası üzrə təhsil alan magistrantları Salamzadə Turqay və Əlicanov Ruslan məruzə ilə çıxış ediblər.
Tədbirin sonunda bir neçə kursant və tələbə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının fəxri fərmanı ilə təltif olunub. Sevindirici haldır ki, onların sırasında hər iki ADDA magistrantı da yer alıb.
ADDA-nın Mətbuat Xidməti