Noyabr ayının 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) universitetin 95 illik yubileyinə həsr edilmiş elmi konfransı keçirilib. Məlumat üçün bildirək ki, konfransın keçirilməsi üçün tərkibinə Kimya və biologiya fakültəsinin 9 nəfər təcrübəli pedaqoq-aliminin daxil edildiyi Təşkilat Komitəsi yaradılıb. Konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov iştirak Rektor Cəfər Cəfərov elmi konfransda çıxış edərək bildirib ki, bu gün ADPU-nun həyatında əlamətdar bir gündür. Çünki belə elmi konfransların keçirilməsi tələbələrin normal mütəxəssis kimi yetişmələrində mühüm rol oynayır. Qeyd edib ki, tədrisin keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı mütəxəssis hazırlanmasına belə elmi toplantılar səmərəli təsir göstərir. Eyni zamanda tələbələrin elmi-tədqiqatlarının praktiki baxımdan ortaya qoyulması, onların tədqiqat bacarıq və vərdişlərinin, eləcə də natiqlik qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir. Rektor çıxışının sonunda tələbə-gənclərə elmi araşdırmaların dəyərinin və nəticələrinin daha da təkmilləşdirilməsi üçün öz tövsiyələrini verib və konfransın işinə uğurlar
Konfransda Kimya və biologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Bəhlul Ağayev, universitet TEC-nin sədri, dosent Əli Zalov, Biologiyanın tədrisi metodikası kafedrasının müdiri, professor Əli Hüseynov, Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının müdiri, professor Ələkbər Qurbanov çıxış ediblər. Çıxışlarda elmə gedən böyük yolun məhz TEC-dən başlandığı, belə konfransların isə tələbələrin elmi-tədqiqat işinə cəlb edilmələri, elmi fəaliyyətə yönəldilmələri, onların bilik və bacarıqlarının artmasına əhəmiyyətli təsir göstərdiyi qeyd
Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Ləman Hüseynova, III kurs tələbələri Aytac Bağırzadə, Kəmalə Məmmədova, Səidə Quliyeva və Lalə Tağıyeva konfransda maraqlı və yaddaqalan məruzələrlə çıxışlar
Sonra konfrans öz işini 3 bölmədə-Kimya, Biologiya, Mülki müdafiə və tibbi biliklərin əsasları bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 94 məruzə dinlənilib.
ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi