UNEC-də görkəmli dövlət və elm xadimi, əməkdar həkim, professor Əziz Əliyevin anadan olmasının 120 illiyinə həsr olunan “Respublikada qida və tekstil sənayesinin inkişaf perspektivləri” mövzusunda I Respublika elmi-praktik konfransı keçirilib.
UNEC-in Elm və innovasiyalar mərkəzinin direktoru, professor Sakit Yaqubov Prezident İlham Əliyevin “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını alimin respublikada səhiyyə sisteminin inkişafı istiqamətindəki fəaliyyətinə verilən yüksək qiymət adlandırıb. Konfransın mövzusunun əhəmiyyətindən danışan S.Yaqubov ölkə Prezidenti İlham Əliyevin qida və tekstil sənayesinin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
Konfrans işini plenar iclas və bölmələrdə davam etdirib. Plenar iclasda Texnologiya və dizayn fakültəsinin dekanı, professor Vəkil Hüseynov, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun direktoru, texnika elmləri doktoru Tariyel Pənahov, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü, professor Pənah Muradov, Müdafiə Sənayesi Nazirliyi, Cihaz İstehsalat Birliyi “Peyk” zavodunun direktoru Səyavuş Əliyev, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru, professor Rəsul Balayev və Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov məruzələrlə çıxış ediblər.
Bölmə iclaslarında UNEC, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Neft və Sənaye Universitetinin nümayəndələri, tekstil və qida sənayesi müəssisələrinin rəhbər işçiləri profillərinə uyğun mövzularla çıxış ediblər. Çıxışlar ətrafında müzakirələr keçirilib, təkliflər səsləndirilib. Qida təhlükəsizliyi və toxuculuq sənaye məhsullarının keyfiyyəti ilə bağlı elmi-tədqiqat işlərinin gələcəkdə istehsalatla əlaqəli aparılmasının təkmilləşdirilməsi tövsiyə olunub. UNEC-lə istehsalat arasında elmi praktiki əməkdaşlığın möhkəmlənməsi üçün belə tədbirlərin ənənəvi olaraq hər il keçirilməsi təklif olunub.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti