“Röyaləcan, sənə son sözüm...” - İradədən sərt cavab

“Röyaləcan, sənə son sözüm...” - İradədən sərt cavab “Barəmdə dediyin “quş”, “İradə xala”, bilet alım, minin uçun”, “kamaz” kim kəlmələri sənə yaraşdırmıram desəm, yalan olar. Əslində, məni vurmağa çalışarkən, haqq etdiyin rəsmi çizmisən. Gəl sənə balaca bir tövsiyə verim. “Xala” dediyin insanla sənin aranda 2 yaş fərq var. Özün 2 yaş kiçiklərin gözündə artıq “Röya xala” olmusansa, bunu “böyüklüyünə” keçirəm. Müsahibəmə gəlincə, özümdə daxil olmaqla, mən burdakı ulduzun Türkiyədə ulduz ola bilməyəcəyini demişəm”.
Bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkədə yazıb. O, bir müddət əvvəl əməkdar artist Röya Ayxanın haqqında dediyi “İradə xala” sözünə etiraz edib və həmkarını sərt bir şəkildə tənqid edib:
“Sən “Altın kelebek”də “Azərbaycanın parlayan yıldızı” nominasiyasını aldın. Sən zatən, Azərbaycanın starısan. Amma 44 ildə keçirilən mükafatlandırmada ilk dəfə belə bir nominasiya gördük. Daha əvvəl alan varsa, desin bilək. “Kelebek” qəzetini qınayıram, verirdilərsə, ən azından “Türkiyədə parlamaq istəyən ulduz” mükafatı versəydilər, daha məntiqli olardı. Azərbaycanın starı olduğunu xatırlatmağa nə gərək var idi. Almısansa, bunun dadını çıxar. Ara sözlərinlə gündəmə gəlmə. Nigar Camal Türkiyədə deyil, dünyada keçirirlən “Eurovision”nun qalibidir. Sən isə “kelebey”inlə yazdığın tənqidi cümləndə ona meydan oxumaq istəmisən.
Nigar Camala dediyin “İradə xala kimi sənə də sonra çatdı?” cümləndə əslində özün özünü vurursan. İradə bilirdi o cümlədə söhbət kimdən gedir. Sadəcə, gülüb keçdim. Önəmsəmədim. Amma sənin mətbuat katibin (səs yazısı məndə durur) israrla orada söhbətin mən İradədən yox, çamaşırxanada çalışan İradə xaladan getdiyini bizə ərz etdi. Mən də düşündüm ki, Röyanın sözçüsü bunu deyirsə, bunlar biri-birinin fikrini təkzib edə bilməz. “Azərbaycanın parlayan ulduzu”nun fikrini öz işçisi təkzib edirsə, mənim nəsə söyləməyim, səni ikinci dəfə vurmuş olacaq, deyə düşündüm.
Amma sən yenə susmadın. O ki qaldı bilet almağa, mənim elə vərdişlərim yoxdu. Röyaləcan, sənə son sözüm! Aldığın ödülün dadını çıxar, səhnədən enər-enməz İradəyə nə deyəcəyini düşünmə. Sən zatən starsan. Ən önəmlisi isə əməkdar artistsən. Bu şərəfli adı daşıyan sənətçinin yuxarıda hallandırdığım ara sözləri işlətməyi, ən azından dinləyicisinə hörmətsizlikdir”.

Tehsil-press.az


Oxşar xəbərlər