Ukraynalını kölə edənlərə bəraət verildi

Ukraynalını kölə edənlərə bəraət verildi Bakıda Ukrayna vətəndaşlarını fermada istismar etməkdə təqsirləndirilənlər - Namiq Cahangirov, Məxsud Əliyev, Ataməli Əliyev və Ədalət Əliyevin apellyasiya məhkəməsi başa çatıb.
17 il əvvəl Azərbaycana gəlmiş Ukrayna vətəndaşı Abşeron rayonu, Bilgəh qəsəbəsindəki "Lahıc bağları" massivi ərazisində yerləşən xüsusi fermer təsərrüfatında tapılıb. Polislər onu taparkən, bərbad vəziyyətdə olub, arıqlayıb, danışa, baş verənləri ifadə edə bilməyib və dəhşətli dərəcədə üfunət iyi verirmiş.
Adı açıqlanmayan kişi mütəmadi olaraq işləmək üçün Azərbaycana gəlirmiş. 1999-cu ildə onunla ailəsi arasında əlaqə kəsilib. İttihama görə, onu kirayələyən şəxslər ukraynalının sənədlərini, şəxsiyyət vəsiqəsini əlindən alıblar, özünü pis qidalandırıblar, tez-tez döyüblər və fermada donuzlara baxmağa məcbur ediblər. Qışda kişi soyuq su ilə çimməyə vadar edilib. Beləliklə, xarici vətəndaş nökərə çevrilib. Onun asılı vəziyyətindən istifadə edən sahibkarlar, onu istismar etmək üçün əldən-ələ veriblər. 2012-ci ildə Ukraynada onu itkin düşmüş hesab ediblər və qeydiyyatdan çıxarıblar. Zərərçəkmişin yaxınlarını tapmaq mümkün olmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun adıçəkilən şəxslərin təqsirsiz olduğuna qərar verib və onlar barəsində bəraət hökmü çıxarıb. Onlar istintaq dövründə də polisin nəzarətinə verilməklə azadlıqda olublar.
Baş Prokurorluq hökmdən narazı qalıb və apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə baxılıb. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər