Azərbaycanda bütövlükdə 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur.
Bunu Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: "Siz bilirsiniz ki, biz son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstəririk və artıq qısa müddət ərzində on xalça fabriki açılıbdır. Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik".
Tehsil-press.az