Harvard Universitetinin alimi Milli Azərbaycan Tarixi Muzeyində qorunan xalça məmulatları ilə maraqlanıb

Harvard Universitetinin alimi Milli Azərbaycan Tarixi Muzeyində qorunan xalça məmulatları ilə maraqlanıb Harvard Universitetinin alimi, Boston İncəsənət Muzeyinin İslam İncəsənəti Departamentinin eksperti Jeff Spurr Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya elmi fondunun eksponatları ilə tanış olub.
Alim, eyni zamanda, Azərbaycanın toxuculuq sənəti ilə maraqlanıb, tədqiqat sahəsinin əsasını təşkil edən tirmə kolleksiyaları haqqında məlumat toplayıb.
Fondda qorunan xalça məmulatları J.Spurrun diqqətini xüsusilə cəlb edib. Alim muzeyin əməkdaşları ilə bu sahədəki təcrübələrini bölüşüb.

Tehsil-press.az


Oxşar xəbərlər