ABŞ-dan İŞİD açıqlaması

ABŞ-dan İŞİD açıqlaması ABŞ-ın İŞİD-ə qarşı rəhbərlik etdiyi koalisiya qüvvələrinin sözçüsü polkovnik Ryan Dillon mətbuat konfransı keçirib.
Məlumata əsasən, polkovnik Pentaqonun Suriya və İraqda İŞİD əleyhinə əməliyyatlarını qiymətləndirib.
“(Suriya və İraqda-red) İŞİD bir vaxtlar əlində tutduğu ərazilərin demək olar ki, hamısını itirdi ancaq bu mübarizənin bitdiyini göstərmir”,-deyə Dillon söyləyib.
Dillon terror qruplaşmasının yeni vəziyyət və şərtlərə asanlıqla uyğunlaşdığını dilə gətirib. O, Rusiyanın Suriyada İŞİD-in məhv edildiyi barədə açıqlamalarının doğru olmadığını vurğulayıb.
Rus və Suriya rejiminin müdafiə qabiliyyətlərinin zəif olduğunu deyən Dillon, İŞİD-in rejimin nəzarət etdiyi ərazilərdən keçərək Şama yaxın bölgələrə keçdiyini bildirib.
Qeyd edək ki, Rusiya ABŞ-ı İŞİD üzvlərinin Rakkadan rejimin nəzarət etdiyi sahələrə keçməsinə imkan verməklə günahlandırır.

Təhsil-press.az

Oxşar xəbərlər