BMT Qüdsü İsrailin paytaxtı kimi tanımadı - Yenilənib

BMT Qüdsü İsrailin paytaxtı kimi tanımadı - Yenilənib Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisi ABŞ-ın Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıması ilə bağlı növbədənkənar xüsusi iclas keçirir.
İclasda BMT Təhlükəsizlik Şurasının bir neçə gün öncə ABŞ-ın qərarını qanunsuz hesab etdiyi qətnamə səsverməyə çıxarılacaq.
Həmin səsvermədə 14 ölkə lehinə səs vermiş, sadəcə ABŞ veto qoymuşdu. Bu gün baş tutacaq səsvermədə üçdə iki səs çoxluğu olarsa qətnamə qəbul ediləcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp səsvermədə iştirak edəcək ölkələri təhdid etmiş, lehinə səs verəcəkləri təqdirdə maliyyə yardımını dayandıracağını açıqlamışdı.
***
Səsvermə nəticəsində qətnamə qəbul edildi. 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub.
Qətnamənin əleyhinə səs verən ölkələr bunlardır: ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Toqo, Palau

Tehsil-press.az

Oxşar xəbərlər