Dünyanın nüfuzlu universitetlərinin məzunları UNEC-də

Dünyanın nüfuzlu universitetlərinin məzunları UNEC-də Harvard, Stanford, Massachusetts Institute of Technology, Fletcher School of Law and Diplomacy, University of California, Berkeley, Tufts University və digər nüfuzlu ali təhsil ocaqlarından məzun olub UNESCO, NATO, BMT kimi qurumlarda çalışan dünyanın müxtəlif ölkələrinin ekspertləri UNEC-in qonağı olub.
Dünyanın nwfuzlu universitetlərinin tələbələri ilə motivasiya görüşləri keçirdiklərini bildirən məzunlar UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qrupunun tələbələrinə öz uğur hekayələrini danışıblar. Görüşdə Massachusetts Institute of Technology və Harvard Universitetinin müəllimləri ilə yanaşı, azərbaycanlı millət vəkili, Harvard məzunu Vüsal Hüseynov da iştirak edib.
Onlar tələbələrə ABŞ universitetlərinin bakalavr və magistr təhsilindən söz açıb, həyatda uğur qazanmağın yolları və peşə seçimi haqqında tövsiyələr veriblər. Məzunlar tələbələrin ABŞ-da təhsil üçün maliyyə dəstəyini necə almalı, insanın öz intellekt əmsalını necə hesablaması və s. kimi suallarını cavablandırıblar.
Tələbələrlə görüşdən məmnun qaldıqlarını bildirən məzunlar UNEC tələbələrinin bilik və intellektini yüksək qiymətləndiriblər. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Aysel Cəfərzadənin koreya dilində səlis danışması Koreyadan olan məzunun xüsusi marağına və sevincinə səbəb olub. Görüşün sonunda məzunlar diskussiyanı sosial şəbəkə üzərindən davam edə biləcəklərini qeyd ediblər.
Məzunlar Azərbaycandan sonra hindli tələbələrlə görüşmək üçün Hindistana yola düşəcəklərini bildiriblər.

UNEC-in Mətbuat Xidməti


Dünyanın nüfuzlu universitetlərinin məzunları UNEC-də Dünyanın nüfuzlu universitetlərinin məzunları UNEC-də Dünyanın nüfuzlu universitetlərinin məzunları UNEC-də

Oxşar xəbərlər