Azərbaycanda avtobusda cinayət - Arvadının yanında öldürüldü

Azərbaycanda avtobusda cinayət - Arvadının yanında öldürüldü Bu gün Cəlilabad rayonunda dəhşətli qətl törədilib.
Saat 14 radələrində rayon mərkəzindən Uzuntəpə kəndində gedən yolda hərəkətdə olan marşrut avtobusunda 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu həmyerlisi Rakif Hüseynovu bıçaqlayaraq öldürüb. Hadisə qəfil baş verdiyindən avtobusdakı sərnişinlər müdaxilə edə bilməyib. Sürücü yaralını xəstəxanaya çatdırsa da, artıq gec olub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 18 yaşlı Əvəz Həmzəyev polisə təslim olub.
Bildirilir ki, R.Hüseynov qətlə yetirilərkən avtobusda onun həyat yoldaşı da olub.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi açılıb, istintaq aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər