Qazaxda amansız qətl

Qazaxda amansız qətl Qazaxda 21 yaşlı gənci bıçaqlayaraq qətlə yetiriblər.

Belə ki, Qazax rayon sakini, 1996-ci il təvəllüdlü Samir Göycə oğlu İsmayılov ağır vəziyyətdə Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə gətirilib. Həkimlərin səylərinə baxmayaraq, ürək nahiyəsindən bıçaq yarası aldığından onun həyatını xilas etmək mümkün olmayıb.
S.İsmayılovun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi hələlik məlum deyil. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər