Sabirabad sakini çəkiclə 7 yaşlı oğlunu öldürüb

Sabirabad sakini çəkiclə 7 yaşlı oğlunu öldürüb Sabirabadda dəhşətli qətl törədilib.

Qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu baş nahiyəsindən çəkiclə vuraraq qətlə yetirib.
Röyal Məmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər