Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçirilib.
Qış imtahan sessiyasına həsr edilən tədbirdə rektor Ədalət Muradov müraciətlərin operativ araşdırılması və vaxtında tədbirlərin görülməsi məqsədilə aidiyyəti struktur bölmələrinə tapşırıqlarını verib.
Təhsil ekspertləri müraciətlərin az olmasını təşkilati işlərin düzgün qurulması ilə əlaqələndiriblər. Bildirilib ki, bu il UNEC-də ilk dəfə bütün fakültələrdə dekanların sədrliyi ilə imtahan komissiyası yaradılıb. Komissiya sessiya müddətində yaranan problemlərin operativ həlli istiqamətində müvafiq qərarlar qəbul edir, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda yol verilən nöqsanların aradan qaldırılması sahəsində zəruri tədbirlər görür. Bütün bunlar isə sessiya dövründə ortaya çıxan problemlərin operativ həll olunmasını təmin edir.
Qeyd edək ki, “Açıq qapı” günləri imtahan sessiyasının sonunadək hər həftənin şənbə günü keçiriləcək. Növbəti “Açıq qapı” günü yanvarın 13-də olacaq.
UNEC-in Mətbuat Xidməti