UNEC-də 2016/17-ci tədris ilinin yay imtahan sessiyası başlayıb.
Bu gündən start verilən yeni sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib.
Hər il olduğu kimi bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahanlara nəzarəti UNEC İctimai Nəzarət Şurası həyata keçiriləcək. Onlar sessiyanın nəticələrini ötən illə müqayisə edərək, təhlil aparacaqlar. Sessiya dövründə UNEC-in “Qaynar Xətt” xidmətinin idarə edilməsi KİV nümayəndələrinə həvalə olunacaq. Müraciətləri jurnalistlər cavablandıracaq. Bununla yanaşı, müraciətlərin bir mənbədə toplanması və operativ cavablandırılması üçün yay imtahan sessiyası ilə bağlı Facebook sosial şəbəkəsində ayrıca UNEC IMTAHAN səhifəsi fəaliyyətə başlayıb. Sessiya dövründə hər həftənin şənbə günü rektorun iştirakı ilə “Açıq qapı” keçiriləcək.
İmtahan sessiyasında bir sıra yeniliklər də tətbiq edilib. Artıq imtahan testlərini tələbələrin şəxsi kabinetlərinə göndərilib. Daha bir yenilik isə apellyasiya sisteminin təkmilləşdirilnəsi ilə bağlıdır. Tələbələr apellyasiya ərizəsini şəxsi kabinetlərindən göndərərək, prosesi izləyə, eyni zamanda müraciətlərinə operativ cavab ala biləcəklər.
UNEC-də imtahanlar yazılı və test üsulu ilə aparılır. Bunun üçün üç tədris binasında 5 imtahan zalı hazırlanaraq, vahid şəbəkəyə birləşdirilib. 435 kompüter quraşdırılıb. İmtahanlarda gün ərzində 8 növbədə 4500 tələbə iştirak edə biləcək. Sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları saat 20.00-dək işləyəcək.
Zaqatala və Dərbənd filialları, eyni zamanda Maliyyə-İqtisad Kollecində də imtahanlar eyni qaydada keçiriləcək.
UNEC-də yay imtahan sessiyası iyulun 5-də yekunlaşacaq. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə ikinci əlaçı təqaüdü veriləcək. Məqsəd UNEC tələbələrinin təhsilə olan maraqlarının stimullaşdırılmasıdır.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti