UNEC-də növbəti “Açıq qapı” günündə 20-dən çox müraciət dinlənilib

UNEC-də növbəti “Açıq qapı” günündə 20-dən çox müraciət dinlənilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan ənənəvi “Açıq qapı”da rektor, professor Ədalət Muradov müəllim və tələbələrin, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləyib.
Müraciətlər əsasən dərs yükünün bölgüsü, işə qəbul, yeni dissertasiya mövzuları, əmək müqaviləsi müddətinin artırılması və s. barədə olub. Ə.Muradov 20-dən çox müraciəti dinləyərək onların operativ həll edilməsi ilə bağlı məsul şəxslərə göstərişlərini verib, bir sıra məsələlər isə yerindəcə həll edilib.
Qeyd edək ki, UNEC-də növbəti “Açıq qapı” günü dekabrın 2-də keçiriləcək.

UNEC-in Mətbuat Xidməti



Oxşar xəbərlər