İşsizlikdən sığorta sistemi vətəndaşların özünüməşğulluq proqramlarında iştirak imkanlarını artıracaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2017-ci il müasir Azərbaycan dövlətinin tarixində bir sıra möhtəşəm hadisələrlə xüsusi iz qoydu: “Azərbaycan Prezidentinin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasətin nə qədər doğru olduğu ötən il bir daha təsdiqləndi. Çünki Azərbaycan post-neft dövrünə sürətlə keçməyin, çevik iqtisadi islahatların şok effektlərsiz aparılmasının mümkünlüyünü göstərdi, neft gəlirlərinin ötən illər ərzində düzgün məbləğlərdə xərcləndiyini və ehtiyatda lazım olduğu qədər saxlanıldığını sübut etdi. Həmçinin iqtisadi şaxələndirməni qısa müddətdə gerçəkləşdirməyin və dayanıqlı inkişafa nail olmağın yollarını ortaya qoydu və bu əsasda stabil əmək bazarının təmin olunmasının və əhalinin sosial müdafiəsinin vaxtında aparılan islahatlarla gücləndirilməsinin səmərəli praktikasını nümayiş etdirdi. Cənab Prezident, Sizin bu gün bəyan etdiyiniz sosial-iqtisadi göstəricilər bütün bunların əyani sübutudur”.
S.Müslümov qeyd edib ki, 2017-ci ildə zəruri resurslar səfərbər olunmaqla makroiqtisadi sabitliyin təmin edilməsi, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun sürətli inkişafı əmək bazarının stabilləşməsinə, əhalinin sosial təminatının dəyişkən valyuta bazarlarının mənfi təsirlərindən səmərəli qorunmasına, yüksək rifahın həlledici amillərindən olan məşğulluq imkanlarının genişləndirilməsinə şərait yaratdı:
“Bununla yanaşı, Azərbaycan hökuməti ölkədə əmək qabiliyyətli əhalinin sürətlə artdığı bir şəraitdə məşğulluğun çevik idarə edilməsi üzrə qabaqlayıcı tədbirlərin görülməsini xüsusi diqqətdə saxlayaraq, əmək bazarında stabilləşdirmə məqsədilə həm qısamüddətli effekt verən sosial məsuliyyət, ictimai işlərin təşkili kimi dövlət məşğulluğu tədbirlərindən, həm işaxtaranlara kömək və peşə təlimi kimi dəstəkləyici tədbirlərdən, həm də uzunmüddətli səmərəyə hesablanmış biznesə dövlət köməyi və güzəştlərin verilməsi tədbirlərindən tənzimləyici elementlər kimi istifadə etdi”.
O əlavə edib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, ötən il ərzində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadıldı, 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlandı, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb edildi: “Ümumilikdə, ötən il dövlət məşğulluğu tədbirləri hesabına 41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin olunub. Bundan əlavə, regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan verib. İl ərzində məşğulluq orqanları tərəfindən ümumilikdə 47 min 900 nəfər işlə təmin edilib, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3560 nəfər peşə hazırlığı kurslarına, 3120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunub, 14 min 820 nəfərə isə işsizlik müavinəti təyin edilərək ödənildi.
Möhtərəm cənab Prezident, Sizin müvafiq tapşırığınıza əsasən aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1172 ailə aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatları yaradılıb. Eyni zamanda, bu təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib ki, bu da, fikrimizcə, onların məhsullarının satışında ciddi rol oynayacaq. Hazırda həmin ailə təsərrüfatlarının mütəmadi monitorinqi aparılmaqdadır”.
S.Müslümov bildirib ki, müvafiq normativ hüquqi baza yaradılmaqla yeni fəaliyyətə başlayan işsizlikdən sığorta sistemi özünüməşğulluq proqramlarında vətəndaşların iştirakı imkanlarını cari ildə 6 dəfəyə yaxın artıracaq: “Bu tədbirlər üçün İşsizlikdən Sığorta Fondunun büdcəsində 35,8 milyon manat vəsait nəzərdə tutulub.
Əmək bazarına 111 min nəfər gənc işçi qüvvəsinin daxil olduğu 2017-ci ildə də bu bazarın stabilliyi qorunub saxlanılıb. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqavilələrinin sayı ötən il 44 min 700 ədəd artıb. Bu artımın təmin olunmasında, möhtərəm cənab Prezident, Sizin müvafiq Sərəncamınızla yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti də böyük rol oynayıb. Əmək bazarında stabilləşmənin mühüm göstəricilərindən biri də iş üçün məşğulluq mərkəzlərinə edilən müraciətlərin sayının azalmasıdır. Belə ki, 2016-cı ildə bu məqsədlə məşğulluq orqanlarına 204 min müraciət olunmuşdusa, 2017-ci ildə bu göstərici 1,7 dəfə azalaraq 118 minə enib”.
Nazir deyib ki, əmək bazarındakı müsbət meyillər məcburi dövlət sosial sığorta haqlarının artmasına imkan yaradıb: “Qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının məbləği 2016-cı illə müqayisədə 10,8 faiz və ya 130 milyon manat artaraq 1 milyard 338 milyon manat olub və büdcə proqnozu 103 faiz icra edilib.
Daxilolmaların səviyyəsi 3,4 milyard manatlıq pensiya və müavinət xərclərini vaxtında maliyyələşdirməyə imkan verib”.
O qeyd edib ki, ötən il aparılmış köklü islahatlar nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənib, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən tamamilə ayrılıb, fərdi uçot sistemində “açıq hesab” prinsipi tətbiq olunub və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilib: “Altı ay ərzində 17 min 430 nəfər işləyən pensiyaçı bu hüquqdan istifadə edib və onların aylıq pensiyasının artımı orta hesabla 146 manat olub ki, bu da hər ay onlara 2,5 milyon manat əlavə vəsaitin ödənilməsi deməkdir.
Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə də regionlarda əhalinin kənd təsərrüfatı işlərinə geniş cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi ünvanlı sosial yardım proqramına müraciətlərin sayını azaldıb. 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə 215 milyon manat xərclənib”.
S.Müslümov vurğulayıb ki, 2017-ci ildə 483 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 60 min nəfərə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib. Bu məqsədlərə sərf edilmiş 371 milyon manat 2016-cı ilin göstəricisindən 9,3 faiz çoxdur:
“İl ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib”.
Nazir bildirib ki, ötən il sosial xidmət sferasında da bir sıra uğurlar əldə edilib. Ehtiyacı olan insanlar üçün müasir tələblərə uyğun sosial sığınacaqlar fəaliyyətə başlayıb, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial reabilitasiya mərkəzi yaradılıb, 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə isə evlərində sosial xidmət göstərilib, 7 min 700 nəfər əlilliyi olan şəxs sanatoriya-kurort müalicəsinə və istirahət mərkəzlərinə göndərilib, 29 qeyri-hökumət təşkilatı ilə birlikdə icra edilən 61 layihə üzrə 4100 nəfər çətin həyat şəraitində olan uşaq sosial müdafiə tədbirlərinə cəlb olunub:
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” sosial müəssisəsinə bu kateqoriyadan olan 209 nəfər yerləşdirilib və onlar üçün həmin müəssisədə xalça və tikiş sexləri yaradılaraq iş yerləri açılıb.
Möhtərəm cənab Prezident, ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlar, tətbiq edilən avtomatlaşdırılmış sistemlər mötəbər beynəlxalq qurumlar və digər ölkələrin adekvat strukturları tərəfindən yüksək dəyərləndirilir və böyük maraqla izlənilir”.
S.Müslümov xatırladıb ki, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda əmək bazarının səmərəliliyi göstəricisi üzrə ölkəmiz 9 pillə irəliləyərək 17-ci yeri tutub və MDB-nin bütün dövlətlərindən öndə qərarlaşıb. 2017-ci ildə Azərbaycan 25 il əvvəl qoşulduğu Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına ilk dəfə üzv seçilib. Bu, Azərbaycanda əmək və sosial müdafiə sahəsində reallaşdırılan islahatların yüksək qiymətləndirilməsinin, ölkəmizə olan böyük inam və etimadın daha bir göstəricisidir:
“Bundan əlavə, Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti-2017 Mükafatları” müsabiqəsində nazirliyin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “Çempion layihə” statusu alıb ki, bu da 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən İttifaq tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana verilən ilk mükafatdır.
Beynəlxalq Valyuta Fondunun işçi heyətinin ötən ilin sonunda Azərbaycana səfərinin yekunlarına dair Fondun veb-saytında yayılmış bəyanatında missiyanın hökumətin struktur islahatlarının icrasında əldə etdiyi nailiyyətləri təqdir etdiyi, sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlərin əldə olunduğu, bunlara İşsizlikdən Sığorta Fondunun yaradılmasının, pensiya islahatının və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçidin aid olduğu vurğulanıb. Bütün bunlar ölkəmizdə əmək bazarının idarə olunması və sosial müdafiə sahəsində Azərbaycan Prezidentinin apardığı siyasətin alternativsiz olduğunu bir daha təsdiqləyir”.
Əmək və əhalinin sosial müdafiəsi naziri deyib ki, müasir texnologiyaların geniş tətbiqi ilə sosial sferada modernləşməni, vətəndaşların əmək və sosial müdafiə sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışını təmin etmək məqsədilə nazirliyin böyük sosial tələbə malik 30-dək elektron xidmətinə il ərzində “Elektron hökumət” portalı vasitəsilə 9 milyon 341 min dəfə müraciət olunub ki, bu da ölkə üzrə həmin portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 40 faizini təşkil edir. Elektron xidmətlər vətəndaş-məmur təmaslarını minimuma endirib şəffaflığı təmin etməklə yanaşı, həm də resurslara qənaətə imkan yaradır. Belə ki, əlilliyin qiymətləndirilməsinin elektron əsaslara keçirilməsi nəticəsində 2017-ci ildə cəmi 28 min nəfərə elektron qaydada ilkin əlillik təyin olunub ki, bu da 2016-cı ilin göstəricisindən 12 min 860 nəfər və ya 31,5 faiz azdır:
“Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planına uyğun olaraq ötən il sistem xarakterli islahat tədbirləri barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb, il ərzində nazirliyə daxil olmuş vətəndaş müraciətləri və “Çağrı mərkəzi” vasitəsilə qəbul edilmiş 151 min müraciət cavablandırılaraq əhali ilə sıx təmas təmin olunub.
Bütün qeyd olunanlarla yanaşı, cari ildə qarşıda duran vəzifələrin spektri də çox genişdir. Aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və işsizliyin minimum səviyyədə saxlanılması, qeyri-formal məşğulluqdan leqal məşğulluğa keçidi dəstəkləməklə işləyənlərin müvafiq sığorta sistemləri ilə daha çox əhatə olunması, ailə gəlirlərinin formalaşmasında əməkhaqqının payının artırılması, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili üçün peşə-tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi, məşğulluq xidmətləri göstərilməsinin və işsizlikdən sığorta ödənişlərinin təyin olunması və ödənilməsinin avtomatlaşdırılması, sosial xidmət sferasının səmərəliliyinin daha da yüksəldilməsi, əlilliyi olan şəxslərin hüquqlarının reallaşdırılması üçün onlara müvafiq imkanların yaradılması məqsədilə hüquqi bazanın formalaşdırılması və praktiki tədbirlərin görülməsi həmin vəzifələr sırasındadır.
Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi bütün bacarıq və imkanlarını səfərbər edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğunun təmin edilməsi sahəsində verdiyiniz tapşırıqların icrasını vaxtında və tam təmin edəcək”.
Tehsil-press.az