Azərbaycanda gələn il əhali artımı ilə bağlı proqnoz

Azərbaycanda gələn il əhali artımı ilə bağlı proqnoz “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi son illərin sosial-iqtisadi göstəriciləri, Fondun büdcəsinin 2015-ci il və 2016-cı ilin ötən dövrü üzrə icra nəticələri ilə bərabər, növbəti ilin demoqrafik inkişaf trendləri, məşğulluq və sığorta-pensiya sisteminin əsas parametrləri üzrə proqnozlar əsasında hazırlanıb”.

Tehsil-press.az-n məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
S.Müslümov bildirib ki, gələn il doğulanların sayının 159 min nəfər, doğulanda gözlənilən ömür uzunluğunun 75,2 yaş (qadınlar üzrə 77,6 yaş, kişilər üzrə 72,7 yaş) olacağı, 15-64 yaşadək, yəni əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2 faizini təşkil edəcəyi gözlənilir:
“İqtisadiyyatda məşğul olanların orta illik sayının 4741,0 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1520 min nəfər və ya məşğul əhalinin 32,1 faizi qədər olacağı, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının ilin əvvəlinə nisbətən 3,7 faiz artaraq 508,4 manata çatacağı proqnozlaşdırılır. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən cıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının cari ilin orta illik gözlənilən sayından 16 min nəfər çox, yəni 1 milyon 324 min nəfərə çatacağını göstərir”.

Tehsil-press.az

Oxşar xəbərlər