Bu gün Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında “Açıq qapı” günü keçirilib.
Əvvəlcə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. “Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada müəllim-koordinatorların nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndiriblər.
Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüşən müşahidəçilər imtahan prosesinin təşkilindən və keçirilməsindən, öz biliklərini ifadə etmək üçün tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə edib, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
A.Məhərrəmov Prezident İlham Əliyevin elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, bu sahədə əldə edilən uğurlardan danışıb, İctimai Nəzarət və Məsləhət Şurasının fəaliyyətini xüsusi qeyd edərək “Açıq qapı” günü çərçivəsində imtahan sessiyasının monitorinqinin keçirilməsinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, sessiya başlamazdan öncə rektorun müvafiq əmrinə əsasən imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.

Hüseyn Şərifov