Bakı Dövlət Universitetində qış imtahan sessiyasının monitorinqi aparılıb

Bakı Dövlət Universitetində qış imtahan sessiyasının monitorinqi aparılıb Yanvarın 10-da Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, qeyri-hökumət təşkilatları və KİV-lərin nümayəndələrinin iştirakı ilə 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına dair “Açıq qapı” günü keçirilib.
Əvvəlcə müəllim-əlaqələndiricilərin bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. Onlar imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada müəllim- əlaqələndiricilərin nəzarət etməsini, imtahan prosesində baş verə biləcək mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndiriblər.
Sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmovla görüşən müşahidəçilər imtahan prosesinin təşkilindən və keçirilməsindən, öz biliklərini ifadə etmək üçün tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə edib, obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Akademik A.Məhərrəmov Prezident İlham Əliyevin elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan, bu sahədə əldə edilən uğurlardan danışıb, İctimai Nəzarət və Məsləhət Şurasının fəaliyyətini vurğulayaraq “Açıq qapı” günü çərçivəsində imtahan sessiyasının monitorinqinin keçirilməsinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, sessiya başlamazdan öncə rektorun müvafiq əmrinə əsasən imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradılıb, təhsil müəssisəsinin əsas binasında və tədris korpuslarında şikayət, təklif qutuları asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları təşkil edilib.

Hikmət Əliyev


Bakı Dövlət Universitetində qış imtahan sessiyasının monitorinqi aparılıbBakı Dövlət Universitetində qış imtahan sessiyasının monitorinqi aparılıbBakı Dövlət Universitetində qış imtahan sessiyasının monitorinqi aparılıbBakı Dövlət Universitetində qış imtahan sessiyasının monitorinqi aparılıbBakı Dövlət Universitetində qış imtahan sessiyasının monitorinqi aparılıb

Oxşar xəbərlər