Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Tehsil-press.az