Çingiz Mansur oğlu Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. 1987-93-cü illərdə “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi karyerasına başlayıb. O, gərgin əməyi və bacarığı hesabına kapitan rütbəsinə kimi yüksələ bilib. Avropada ən böyük qaldırma gücünə (2500 t) malik kran gəmisində ən cavan (28 yaş) kapitan kimi 5 il işləyib.
1993-96-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidməti üzrə rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə “Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında iştirak edib. 2013-cü ilin dekabrında Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulunda ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrini tutub.
24 iyul 2015-ci il tarixində AR Prezidentinin Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyin edilib.
23 sentyabr 2015-ci il tarixində texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Akademiyaya rəhbərlik etdiyi dövrdən bu günə qədərki qısa bir müddət ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil prosesinin modernləşdirilməsi istiqamətində durmadan çalışıb. Fəaliyyəti dövründə uğurla həyata keçirdiyi köklü struktur dəyişiklikləri, məqsədyönlü kadr siyasəti Akademiyada tədris prosesinin keyfiyyətini xeyli yaxşılaşdırıb.
O, Akademiyada tədris prosesinin yeni innovativ metodlarla təşkili və idarə olunması, tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, hazırda ADDA müasir dünya tələblərinə cavab verən maddi-texniki baza ilə təmin olunub, burada professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün hər cür şərait mövcuddur.
Əminliklə demək olar ki, təlim-tədris prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilən Çingiz Əliyevin rəhbərlik etdiyi təhsil ocağı təhsil islahatlarının önündə gedir.
2016-cı il 24 iyunda “Dənizçi günü” münasibətilə “Donanmanın fəxri işçisi” nişanı, respublikanın ictimai-siyasi həyatında iştirakına görə müxtəlif fəxri fərmanlarla təltif olunub.
Çingiz Əliyev 17 elmi məqalənin, beş dərsliyin müəllifidir.
Ölkənin ictimai həyatında da yaxından iştirak edən rektor bacarıqlı, innovativ təhsil işçisi olmaqla işlədiyi kollektivin dərin hörmətini qazanıb, tələbkar və eyni zamanda qayğıkeş rəhbər kimi tanınıb.
YAP-ın üzvüdür.
Qayğıkeş ailə başçısı, üç övlad atasıdır.
Çingiz Əliyevi 55 yaşı münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı, tükənməz nikbinlik arzulayırıq.

"Tehsil-press.az"
İnformasiya Agentliyinin kollektivi
İnformasiya Agentliyinin kollektivi