Bir sıra beynəlxalq dənizçilik qurumlarının üzvü olan və müvafiq sertifikatlara malik Azərbaycan Dövlət Dəniz Akademiyası ötən illərdə olduğu kimi, yeni tədris ilində də bu istiqamətdə fəaliyyətini genişləndirir. Tədrisin keyfiyyətinin yüksəldilməsini qarşıslna məqsəd qoyan ADDA bir çox dənizçilik universitetləri ilə əməkdaşlıq edir.
Bu günlərdə Akademiyanın rektoru Çingiz Əliyev Şetsin Dənizçilik Universitetinin rektoru Wojciech Slaczkanın dəvəti ilə Polşada olub və Avropanın bu nüfuzlu ali məktəbinin rəhbərliyi ilə danışıqlar aparıb. Danışıqlarda əsasən ADDA-da ingilis dilində tədrisin təşkili müzakirə mövzusu olub. Bununla yanaşı, Şetsin Dənizçlik Universitetindən professor-müəllim heyətinin cəlb olunması, tələbə mübadiləsi, hər iki ali təhsil müəssisəsinin elmi jurnallarında qarşılıqlı formada məqalələrin çap olunması, Şetsin Dənizçilik Universitetinin tədris proqramlarının və kurrikulumlarının ADDA-da müəyyən uyğunlaşmalar aparılmaqla istifadəsi və digər məsələlərlə bağlı əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Danışıqların nəticəsi kimi, iki ali məktəb arasında qarşılıqlı razılaşma əldə edilib. İlkin mərhələdə ADDA-nın müəyyən olunmuş səviyyədə dil biliklərinə malik tələbələrinə ingilis dilində tədrisin aparılması məqsədilə Şetsin Dənizçilik Universitetindən müəllimlərin cəlb olunması nəzərdə tutulub.
Çingiz Əliyev həmçinin Polşanın Dəniz İqtisadiyyatı və Təhsil nazirliklərinin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları və digər rəsmi şəxslərlə birlikdə Polşada gəmi qəzalarında həlak olmuş dənizçilərin anım mərasimində, habelə yeni tədris ilinin başlanması münasibətilə Şetsin Universitetində təşkil olunmuş tədbirdə iştirak edib.
ADDA-nın Mətbuat xidməti