Qiyas Həmidin yaradıcılığıma həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı xatirə gecəsi keçirilib

Qiyas Həmidin yaradıcılığıma həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı xatirə gecəsi keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi və Nizami Gəncəvi adına Kitabxana klubun birgə təşkilatçılığı ilə mərhum şair Qiyas Həmidin yaradıcılığıma həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı xatirə gecəsi keçirilib.
Nizami Gəncəvi adına Kitabxana klubda baş tutan tədbiri giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin açaraq şair haqqında oxuculara geniş məlumat verib.
Sonra kitabxananın fəal oxucuları Qiyas Həmidin şeirlərindən nümunələr söyləyib, şairin qələm dostları: Görkəmli tənqidçi Vaqif Yusifli, İbrahim İlyaslı, Rafiq Oday, Süleyman Hüseynov, Məmməd Namaz, Sabir Yusifoğlu, Zakir Zahir, Ələsgər Həsənli və digərləri Qiyas Həmidlə bağlı xatirələrini bölüşüblər.
Daha sonra şairin həyat və yaradıcılığını əks etdirən “Sumaqyıt-Taleyimin şəhəri” başlıqlı sərgidən xülası verilib, həyat yolunu əks etdirən vdeoçarx izlənilib. Sonda Kitabxana Klubun müdiri Zərnigar Babayeva çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Qiyas Həmidin yaradıcılığıma həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı xatirə gecəsi keçirilibQiyas Həmidin yaradıcılığıma həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı xatirə gecəsi keçirilibQiyas Həmidin yaradıcılığıma həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı xatirə gecəsi keçirilib

Oxşar xəbərlər