"Grand Hospital" 56 yaşlı qadını yenidən həyata qaytardı

Ağır yol qəzasında ciddi xəsarət alan 56 yaşlı paytaxt sakini Xırdaxanım Bağırova qapalı kəllə beyin travması və politravma diaqnozu ilə Bakıda fəaliyyət göstərən dövlət xəstəxanalarının birinə daxil olub. Müayinənin tam dolğun aparılmaması səbəbindən xəstəyə lazımı tibbi yardımı göstərilməyib və pasientin yaxınları onu “Grand Hospital”a yerləşdiriblər.
Klinikanın baş həkimi Şahin Manafov bildirib ki, xəstənin ilkin müayinəsi zamanı onda 1-ci və 2-ci dərəcələri boyun fəqərələrinin yer dəyişmiş sınığı, eləcə də onurğa beyin kompressiyası aşkar edilib: “ Xəstənin minimal hərəkəti onun həyatına son qoya bilərdi. Ancaq klinikanın həkimləri və tibbi personalının səyi nəticəsində xəstə normal həyata qayıtmaq şansı əldə etdi”.
X.Bağırova da öz növbəsində onu ölümün caynağından qurtaran “Grand Hospital” həkimlərinə təşəkkürünü bildirib: “Mən bu həkimlərin əməyi nəticəsində dünyaya qayıtdım. Buradaki həkimlərdən çox razıyam. Onların tək peşəkarlığı deyil, insanlığı və gülərüzlüyü adama məlhəm olur. Göydə Allah, yerdə “Grand Hospial”ın həkimləri...”
“Grand Hospital”da transpedikulyar fiksasiya əməliyyatı keçirən X.Bağırova hazırda tam sağlam həyat tərzinə geri dönüb və xəstəxanadan evə buraxılıb.
Məlumat üçün bildirək ki, "Grand Hospital" 12 mərtəbədən ibarət korpusa malik, rspublikanın ən böyük özəl tibb mərkəzi olaraq, sağlam işçi heyəti, müasir avadanlıqları ilə tibbin bir çox sahələri üzrə fəaliyyət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər