Avtobusdan düşən qadını maşın vurdu - Bakıya göndərildi

Avtobusdan düşən qadını maşın vurdu - Bakıya göndərildi Şəkidə avtobusdan düşüb yolu keçmək istəyən 41 yaşlı qadını maşın vurub.

Tehsil-press.az-ın məlumatına görə, hadisə noyabrın 27-i saat 11:30 radələrində rayonun Orta Zəyzid kəndi ərazisində baş verib.
Orta Zəyzid kənd sakini Araz Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi “VAZ 21099” markalı, 20-DJ-892 dövlət nömrə nişanlı minik avtomobili ilə sərnişin avtobusundan düşüb yolu keçmək istəyən piyada, Baş Zəyzid kənd sakini 1975-ci il təvəllüdlü Sürmayə Məcid qızı Kərimovanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Kərimova Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Şəki MRX-dan bildirilib ki, ağır qapalı kəllə-beyin travması alan S. Kərimovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər