Dünyanın ən ağıllı robotu bu sual qarşısında xarab oldu

Dünyanın ən ağıllı robotu bu sual qarşısında xarab oldu Davosda dünyanın ən ağıllı və ilk dəfə vətəndaşlıq alan robotu Sofiyanın iştirak etdiyi sessiyada kuryoz hadisə yaşanıb.
İnsanla söhbət etmək bacarığına sahib olan Sofiya sponsorların hesabında Davosda təşkil edilən “Ukrayna evi”ndə olub. Robot “Ukraynada korrupsiyanın öhdəsindən necə gəlmək olar” sualı qarşısında “tab gətirməyib”. Bu barədə Ali Radanın deputatı Alyona Şkrum yerli KİV-ə məlumat verib. Avtomatda nasazlıq yarandığı üçün Sofiya suala cavab verə bilməyib.
Deputatın sözlərinə görə, robotun skripti xarab olub, prosessoru donub.

Tehsil-press.az


Oxşar xəbərlər